Azedu.az

MDU-nun binası TƏMİR OLUNACAQ

Xəbərlər

3 Avqust 2025, 21:55
MDU-nun binası TƏMİR OLUNACAQ

Mingəçevir Dövlət Universitetinin binası təmir olunacaq.

AzEdu.az Baku.ws-ə istinadən xəbər verir ki, bununla əlaqədar cari təmir işlərinin aparılması üçün açıq tender elan edilib.

Tenderə əsasən, Mingəçevir Dövlət Universitetinin birinci tədris korpusunun binasının xarici divarlarında suvağın sökülməsi, yenidən suvaq vurulması, boya işləri, döşəmə örtüklərinin yenilənməsi kimi əsas təmir işləri həyata keçiriləcək.

Qeyd olunub ki, təmir işlərinin ümumi dəyəri 236 299 manat təşkil edir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox