Hindistanın Punjab əyalətində təhsil sahəsində mühüm yenilik həyata keçirilib.
Dövlət məktəblərinin 8-ci sinif proqramına narkotiklə mübarizə mövzusu rəsmi şəkildə daxil edilib. Təhsil naziri Bhagwant Mann bu təşəbbüsün əsas məqsədinin gənclər arasında maarifləndirməni artırmaq və narkotiklərlə erkən yaşlardan mübarizə aparmaq olduğunu bildirib.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, yeni dərslər çərçivəsində şagirdlərə zərərli vərdişlərin qarşısının alınması, psixoloji dayanıqlıq və sağlam həyat tərzi haqqında məlumatlar veriləcək.
Bundan əlavə, bölgədə təhsilin maddi-texniki bazasını gücləndirmək məqsədilə Nangal dövlət məktəbində 500 nəfərlik müasir auditoriya və açıq hovuz inşa edilir. Layihənin 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır.