Azedu.az

Xarici dillərə maraq azaldı: A-level imtahanlarında tarixi geriləmə

Xəbərlər

31 İyul 2025, 17:10
Xarici dillərə maraq azaldı: A-level imtahanlarında tarixi geriləmə

İngiltərədə xarici dillər üzrə təhsil böhran vəziyyətinə yaxınlaşır. Higher Education Policy Institute (HEPI) tərəfindən yayımlanan son hesabat göstərir ki, 2025-ci ildə A-level səviyyəsində yalnız 2.97% imtahan müraciətləri xarici dillərə – əsasən fransız, alman və klassik dillərə yönəlib. Bu göstərici hətta bədən tərbiyəsi (physical education) fənnindən də aşağıdır.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Xarici dillərin populyarlığının azalmasının başlıca səbəbləri arasında müəllim çatışmazlığı, dil tədrisinin məktəblərdə prioritet olmaması və 2004-cü ildə dil fənninin 16 yaşdan sonra məcburi olmamasına son verilməsi göstərilir.

Sorğuda o da qeyd olunur ki, xarici dillərə marağın az olması universitetlərdə bu sahəyə yönəlmiş proqramlara da mənfi təsir göstərib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox