Azedu.az

Türkiyədə universitetlər bu tarixdə açıqlacaq

Xəbərlər

31 İyul 2025, 14:20
Türkiyədə universitetlər bu tarixdə açıqlacaq

Türkiyədə universitetlər sentyabrın üçüncü həftəsində açılacaq.

AzEdu.az-ın Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, 2025-2026-cı tədris ili üzrə Türkiyədə universitetlərin payız semestri sentyabrın üçüncü həftəsində - 15-22 sentyabr tarixləri arasında başlayacaq.

Yüksəköğretim Kurulu (YÖK) hələlik dərslərin dəqiq başlanma tarixini elan etməsə də, ənənəyə əsasən bir çox ali təhsil müəssisəsində dərslərin 15 sentyabrdan etibarən başlanacağı gözlənilir. Bəzi universitetlərdə isə bu tarix 23 sentyabra qədər təxirə salına bilər.

Universitetlərdə tədris ili fərqli akademik təqvimlərə əsasən təşkil edildiyindən, dəqiq başlanma tarixləri müvafiq ali təhsil müəssisələrinin rəsmi saytlarında paylaşılacaq.

ÖSYM və YÖK tərəfindən yayımlanan məlumata əsasən, 2025-cü il üçün universitet qeydiyyatları 1-5 sentyabr tarixlərində aparılacaq. Bu müddət ərzində qəbul olunan abituriyentlər müvafiq sənədlərlə birlikdə universitetlərin tələbə işləri şöbələrinə müraciət edərək qeydiyyat prosesini tamamlamalıdırlar.

Eyni zamanda, elektron qeydiyyat imkanı da təqdim ediləcək.1-3 sentyabr tarixlərində e-Devlet portalı vasitəsilə elektron qeydiyyatdan keçən tələbələr universitetə əlavə sənəd təqdim etmədən qeydiyyatlarını təsdiqləyə biləcəklər. Lakin xüsusi qabiliyyət imtahanı tələb edən bəzi ixtisaslar üçün fiziki sənəd qəbulu zəruri ola bilər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox