Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır.
Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır.
Bu dəfə Şirvan-Salyan Regional Təhsil İdarəsinin nəzdində fəalliyət göstərən rayonlar haqqında məlumat verəcəyik. Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Salyan, Şirvan, Nefçala, Biləsuvar və Hacıqabul rayonu mövcuddur.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Salyan rayonu üzrə 2028, Şirvan rayonu ürzə 837, Neftçala rayonu üzrə 1059, Biləsuvar rayonu üzrə 1167, Hacıqabul rayonu üzrə isə 800 təhsilverən çalışır.
Maraq doğuran daha bir məsələ ondan ibarətdir ki, hər regionda əhali sayına neçə müəllim düşür?
Salyan rayonunda 139900 nəfər əhali yaşayır və hər 68 nəfərə 1 müəllim düşür. Şirvan rayonunda isə 87946 nəfər əhali üçün bu göstərici hər 105 nəfərə 1, Neftçalada 89625 nəfərlik əhali arasında hər 84 nəfərə 1, Biləsuvarda 107100 nəfər əhali üçün bu göstərici hər 91 nəfərə 1, Hacıqabulda isə 73641 əhali üçün hər 92 nəfərə 1 müəllim düşür.