Azedu.az

"Hüquq sahəsi əmək bazarında doymuşluq mərhələsinə çatıb"

Xəbərlər

31 İyul 2025, 13:39
"Hüquq sahəsi əmək bazarında doymuşluq mərhələsinə çatıb"

"Hüquq ixtisası llərdir ölkəmizdə abituriyentlər üçün prestijli və nüfuzlu hesab olunur".

Bu sözləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib. 

O qeyd edib ki, əmək bazarında hüquq sahəsi artıq müəyyən doymuşluq mərhələsinə çatıb

"Hazırda hüquq ixtisasına olan marağın yüksək olması təsadüfi deyil. Bu sahə illərdir ölkəmizdə abituriyentlər üçün prestijli və “nüfuzlu” hesab olunur. Dövlət İmtahan Mərkəzinin açıqlamasına əsasən, bu il də hüquq ixtisası üzrə rəqabət ciddi şəkildə artıb. Lakin bu marağın və rəqabətin arxasında həm real gözləntilər, həm də ictimai stereotiplər dayanır. Ona görə də hüquq ixtisasının perspektivini qiymətləndirmək üçün bu sahənin əmək bazarındakı mövqeyinə və real göstəricilərinə baxmaq vacibdir".

Hər il məzun minlərlə olan hüquqşünasın bu sahə üzrə iş tapması, xüsusən də dövlət qurumlarında mövqe qazanması asan deyil

"Əmək bazarında hüquq sahəsi artıq müəyyən doymuşluq mərhələsinə çatıb. Hər il yüzlərlə hüquqşünas məzun olur, lakin onların hamısının sahə üzrə iş tapması, xüsusən də dövlət qurumlarında mövqe qazanması asan deyil. Dövlət sistemində o cümlədən məhkəmələrdə, hüquq-mühafizə orqanlarında və nazirliklərdə kadr seçimi kifayət qədər ciddi imtahan və müsabiqə mərhələlərinə əsaslanır.

Ən çox seçilən peşələrdən biri də vəkillikdir. Lakin qeyd etmək lazımdır ki, hüquq fakültəsini bitirmək avtomatik olaraq vəkil olmaq hüququ vermir. Vəkillər Kollegiyasına qəbul üçün xüsusi imtahanlardan keçmək və bir sıra şərtləri yerinə yetirmək tələb olunur. Hazırda ölkədə vəkillərin sayı artsa da, bu sahədə də keyfiyyət və rəqabət ön plandadır. Vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünaslar arasında qazanc fərqi çox böyükdür tanınmış və təcrübəli vəkillər yüksək gəlir əldə edə bilsələr də, yeni başlayanlar üçün bu, daha çətin və qeyri-sabit ola bilər".

Kritik düşüncə, hüquqi analiz qabiliyyəti, etik mövqe, davamlı öyrənmə iradəsi, xarici dil və beynəlxalq hüquqa dair biliklər  bütün bunlar hüquq sahəsində fərqlənmək üçün zəruridir

"Orta aylıq gəlir məsələsində də vahid bir rəqəm çəkmək mümkün deyil. Hüquq sahəsində gəlir hüquqşünasın fəaliyyət istiqamətindən, təcrübəsindən, müştəri bazasından və işlədiyi qurumdan asılı olaraq kəskin dəyişir. Xüsusilə özəl sektor və vəkillik fəaliyyəti nəticə yönümlü olduğu üçün burada qazanc fərdi performansa birbaşa bağlıdır.

Sonda vurğulamaq lazımdır ki, hüquq sahəsi hələ də potensiallı və geniş imkanlara açıq bir sahədir. Lakin bu sahədə uğur qazanmaq üçün sadəcə hüquqşünas diplomu kifayət deyil. Kritik düşüncə, hüquqi analiz qabiliyyəti, etik mövqe, davamlı öyrənmə iradəsi, xarici dil və beynəlxalq hüquqa dair biliklər – bütün bunlar hüquq sahəsində fərqlənmək üçün zəruridir.

Abituriyentlərə hüquq ixtisasını seçərkən yalnız prestij və ictimai statusa deyil, həm də şəxsi maraq və uyğunluğa əsaslanmağı tövsiyə edirəm. Çünki hüquq davamlı zəhmət və məsuliyyət tələb edən bir peşə yoludur, yalnız diplomla deyil, keyfiyyətli fəaliyyətilə dəyər qazandıran bir sahədir".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox