"Qarabağ Universitetində yeni təhsil modeli üzrə tibb tədris ediləcək".
AzEdu.az Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Qarabağ Universitetinin Klinikasının baş direktoru, həmçinin yeni fakültənin rəhbəri Samir Babayev bildirib.
Onun sözlərinə görə, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsində 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb üzrə 70, Tibb bacısı (qardaşı) istiqaməti üzrə isə 30 plan yeri üzrə tələbə qəbulu aparılacaq.
Ətraflı süjetdə: