Azedu.az

Harvard Universitetində azərbaycanlı tələbələrin təşkilatı yaradılacaq

Xəbərlər

31 İyul 2025, 08:33
Harvard Universitetində azərbaycanlı tələbələrin təşkilatı yaradılacaq

Harvard Universitetində azərbaycanlı tələbələrin təşkilatı yaradılması istiqamətində işlər davam etdirilir.

AzEdu.az Report-a istinadən xəbər verir ki,bu barədə Harvard Universitetinin ikinci kurs tələbəsi Qəndab Məmmədova məlumat verib.

Onun sözlərinə görə, təşkilatın məqsədi universitetdə təhsil alan azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycan mədəniyyəti və tarixinin təbliği, eləcə də Azərbaycandan ABŞ-a təhsil üçün gələn tələbələrə dəstək göstərmək olacaq: “Harvard Universitetində tələbələr üçün müxtəlif təşkilatlar yaratmaq imkanı mövcuddur. Tələbə müraciət etdikdə universitet həmin müraciətləri nəzərdən keçirir, dəstək verir, hətta müəyyən maliyyə vəsaiti ayırır. Mən gördüm ki, dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriyadan gələn tələbələr öz təşkilatlarını yaradıblar və həmvətənlərinə dəstək olurlar. Biz də bu təşəbbüslə Azərbaycandan gələn tələbələrə yardım göstərmək, istedadlı gənclərin ABŞ-ın aparıcı universitetlərinə yolunu açmaq niyyətindəyik”.

O qeyd edib ki, Azərbaycanda istedadlı və savadlı gənclər çoxdur, lakin onlar bəzən Harvard Universitetində təqaüd qazanmağı əlçatmaz hesab edirlər:
“Bu, belə deyil. Sadəcə düzgün istiqamətləndirmə ilə onlar Harvard Universiteti ilə yanaşı, ABŞ-ın digər nüfuzlu ali məktəblərində də təhsil ala bilərlər”.

Q.Məmmədova deyib ki, artıq bir ildir Harvardda təhsil alır və bu müddət ərzində Novruz bayramı şənliyi təşkil ediblər:
“Tədbirdə 250-dən çox müxtəlif xalqlardan olan professor və tələbə iştirak edib. Təkcə Harvarddan deyil, Boston və digər universitetlərdən də qonaqlarımız var idi. İnsanlar Azərbaycan mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmaqda maraqlı oldular. Hazırda Harvard Universitetində Azərbaycandan yalnız iki tələbə – Ayla Əliyeva və mən təhsil alırıq. Digər azərbaycanlı kökənli tələbələr isə əsasən burda doğulublar”.

O əlavə edib ki, onlar yaradacaqları təşkilata Azərbaycanla hər hansı əlaqəsi olan bütün tələbələri qoşulmağa dəvət ediblər:
“Biz düşünürük ki, ABŞ-ın digər universitetlərində təhsil alan azərbaycanlı tələbələrin də dəstəyini alacağıq. Çünki təşkilatın yarnaması üçün müəyyən şərtlər var ki, bunlardan biri də üzüvlərin müəyyən sayda olmasıdır. Harvard Universitetində təhsil alan İtaliya, Əfqanıstan, İran, Rusiya, Ukrayna və yerli amerikalı dostlarımız da bizə dəstək verərək bu təşəbbüsə qoşulmaq istəyirlər. Onlar bilirlər ki, Harvardda azərbaycanlı tələbələrin sayı azdır və hər zaman bizə dəstək verməyə hazırdırlar”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox