Azedu.az

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Xəbərlər

30 İyul 2025, 13:55
Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

2025-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması istiqamətində 58 monitorinq keçirilib, 4 erkən evliliyin qarşısı alınıb, təhsildən yayınan 40 uşağın yaşadığı ünvanlarda monitorinqlər təşkil olunub, nəticədə 33 uşağın dərsə davamiyyəti təmin edilib. 

AzEdu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2025-ci ilin ilk altı ayı ərzində görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclasında komitə sədri Ramilə Seyidova qeyd edib.

O bildirib ki, uşaq hüquqları mövzusu üzrə 32 tədbir, 2 ustad dərsi, 4 təlim, 3 seminar və 1 festival təşkil olunub, ümumilikdə 3271 nəfər bu tədbirlərdən yararlanıb. Bununla yanaşı, 806 ədəd təbliğat materialı paylanılıb, 6 poster elan lövhələrinə vurulub.

Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox