Azedu.az

Təhsil siyasətində geniş islahat təşəbbüsü

Xəbərlər

30 İyul 2025, 16:10
Təhsil siyasətində geniş islahat təşəbbüsü

Kolorado ştatının qubernatoru Jared Polis, ştat üzrə təhsil sistemində köklü dəyişiklikləri nəzərdə tutan yeni islahat planını açıqlayıb. Təşəbbüs, şagird nailiyyətlərinin daha ədalətli və obyektiv şəkildə qiymətləndirilməsini, eləcə də təhsildə şəffaflığın artırılmasını hədəfləyir.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə,  yeni plana əsasən, ənənəvi standart testlər tədricən ikinci plana keçiriləcək. Onların əvəzinə şagirdlərin fərdi inkişaf göstəricilərinə əsaslanan qiymətləndirmə meyarları tətbiq olunacaq. Bundan əlavə, təhsil sistemində irəliləyişi real vaxtda izləməyə imkan verəcək şəffaflıq panellərinin (dashboardların) istifadəsi nəzərdə tutulur.

Qubernator Polis, planın həyata keçirilməsi üçün federal hökumətlə daha sıx əməkdaşlıq və maliyyə dəstəyi mexanizmlərinin də formalaşdırılacağını bildirib. Onun sözlərinə görə, məqsəd Koloradonu “ölkənin ən çevik və nəticəyönlü təhsil sisteminə” çevirməkdir.

İslahat planı artıq ictimaiyyətə təqdim olunub və yaxın aylarda müzakirələr üçün ştat qanunverici orqanına təqdim ediləcəyi gözlənilir.

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox