Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər üçün növbəti vacib mərhələ qeydiyyat prosesidir. Lakin hər il olduğu kimi, bu il də bir çox namizədi maraqlandıran əsas suallardan biri qeydiyyatın hansı formada aparılacağı ilə bağlıdır: proses tamamilə onlayn şəkildəmi həyata keçiriləcək, yoxsa abituriyentlər mütləq şəkildə universitetə əyani şəkildə müraciət etməlidirlər?
AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Qrumdan sorğumuza cavab olaraq bildirilib ki, bu prosses onlayn qaydada aparılır.
"Elm və Təhsil Nazirliyi Portal.edu.az saytı vasitəsilə ali təhsil müəssisələrinə sənəd qəbulu aparır".