Kürdəmirdə yol qəzası olub, xəsarət alan var.
AzEdu.az xəbər verir ki, hadisə bu gün rayon ərazisində baş verib.
Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Mansur Maqsud oğlu Pənahov idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə piyada, 2015-ci il təvəllüdlü Rəvan Baxşəliyevi vurub.
Zərərçəkən müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Həkimlər R. Baxşəliyevin vəziyyətini ağır olaraq qiymətləndirirlər.