Azedu.az

Neftçalanın icra başçısı yüksək bal toplayan məzunlarla görüşüb - FOTO

Xəbərlər

29 İyul 2025, 19:59
Neftçalanın icra başçısı yüksək bal toplayan məzunlarla görüşüb - FOTO

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2024-2025-ci tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunları, onların valideynlərini təbrik edib, onlara öz tövsiyələrini çatdırıb. Həmçinin, bu uğurun qazanılmasında əməyi olan bütün müəllimlərə öz təşəkkürünü bildirib. Təbrikdə vurğulanıb ki, müasir dövrdə hər bir ölkənin inkişaf səviyyəsi onun təhsil sisteminin gücü ilə ölçülür. Təhsilin sosial-iqtisadi və mədəni həyatdakı rolu gündən-günə daha da artmaqdadır. Bu baxımdan gənclərin elmi biliklərə yiyələnməsi, keyfiyyətli və müasir təhsil almaları ölkəmizin gələcək inkişafının əsas təminatlarından biri hesab olunur.

 İcra Hakimiyyətinin başçısı bu uğurların davamlı olacağına inamını ifadə edərək tələbə adını qazanan hər bir gəncə təhsil yolunda müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, rayon rəhbərliyi hər zaman gənclərin bilik qazanmasına, onların ali məktəblərə hazırlanmasına və ölkənin intellektual potensialının formalaşmasına dəstək göstərməkdə davam edəcəkdir.

RİH-in başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ölkə təhsilinə göstərdiyi diqqət və qayğısından, bu qayğının nəticəsi olaraq rayonun ümumtəhsil məktəblərində aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verib.

Məlumat üçün bildiririk ki, 2024-2025-ci tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 14 nəfər məzunu müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstəriblər. Həmin şagirdlərdən iki nəfəri – Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əlili Müşfiq Aqil oğlu və Neftçala rayonu S.Vurğun adına Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Əliyev Mirağa İxtiyar oğlu blok imtahanında maksimum (400 bal) nəticə göstəriblər. Eyni zamanda qeyd edək ki, Əlili Müşfiq Aqil oğlu qəbul imtahanlarında I ixtisas qrupunda Respublika üzrə 698,3 balla ən yüksək nəticə göstərib.

2024-2025-ci tədris ilində XI sinfi bitirən şagirdlərdən 3 nəfəri - Neftçala şəhəri Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Məmmədzadə Nurlanə Nurlan qızı, Neftçala rayonu Xıllı qəsəbəsi Faruq Quliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi İmanlı Ramilə Rəhim qızı və Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Quluzadə Nəzrin Nail qızı təhsilini xüsusi nailiyyətlərlə başa vurduqları üçün qızıl medalla təltif olunublar.

Yüksək bal toplayan məzunlar, müəllimlər və valideynlər Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Neftçala RİH-i tərəfindən 2024-2025-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq nəticələr göstərən abituriyentlər Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunub və xatirə hədiyyələri təqdim edilib.

Görüşün sonunda yüksən nəticələr göstərən məzunlar, müəllim və valideynlərlə xatirə şəkili çəkilib.

 

 

  •  
Ruslar azərbaycanlı iş adamının obyektini dağıtdılar
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox