Azedu.az

“Səriştəyönümlü təşkilati mədəniyyətin formalaşması” mövzusunda təlim keçirilib

Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

29 İyul 2025, 16:46
“Səriştəyönümlü təşkilati mədəniyyətin formalaşması” mövzusunda təlim keçirilib

29 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Energetika Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun böyük məsləhətçisi Xavər Dadaşova və həmin sektorun aparıcı məsləhətçisi Nazlı Abduləlimova tərəfindən “Səriştəyönümlü təşkilati mədəniyyətin formalaşması”mövzusunda təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara təşkilati mədəniyyət, səriştə modeli və onun üstünlükləri, səriştəyönümlü təşkilati mədəniyyətə keçid etmək üçün qurum tərəfindən görülməli olan işlər və s. barədə geniş məlumat təqdim edilib.

Sonda isə iştirakçıları maraqlandıran səriştə modelinə keçiddə yarana bilən çətinliklər, yeni qiymətləndirmə metodlarının tətbiqi və bir sıra fərqli məzmunlu  suallar kazuslar əsasında ətraflı müzakirə olunub.

Ruslar azərbaycanlı iş adamının obyektini dağıtdılar
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox