Hindistan hökuməti, Milli Təhsil Siyasəti - NEP 2020-nin beş illik yubileyi çərçivəsində ali təhsil sektorunda mühüm islahatlara start verib. Hazırda mövcud olan çoxpilləli reytinq sistemi sadələşdirilərək “akkreditə edilmiş” və “akkreditə edilməmiş” olmaqla binar modelə keçid ediləcək.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, yeni yanaşma ali təhsil müəssisələrinin minimum keyfiyyət standartlarına cavab verib-vermədiyini daha şəffaf şəkildə qiymətləndirməyə imkan verəcək.
Hökumət bu dəyişikliklə təhsil müəssisələri arasında ədalətli rəqabəti və ümumi təhsil keyfiyyətini artırmağı hədəfləyir.