Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır.
Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır.
Bu dəfə Qarabağ Regional Təhsil İdarəsinin nəzdində fəalliyət göstərən rayonlar haqqında məlumat verəcəyik. Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Ağcəbədi, Bərdə, Ağdam, Ağdərə,Füzuli,Xankəndi, Xocalı,Xocavənd, Şuşa və Tərtər rayonu fəaliyyət göstərir.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Ağcəbədi rayonu üzrə 2140, Bərdə rayonunda 2395, Ağdamda 3187, Ağdərədə 76 ,Füzulidə 1563, Xankəndidə 54, Xocalıda 256, Xocavənddə 262, Şuşada 256, Tərtər rayonunda isə 1034 təhsilverən çalışır.