Azedu.az

Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında uğur qazanıblar

Xəbərlər

29 İyul 2025, 09:46
Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında uğur qazanıblar

20-27 iyul tarixlərində Filippin Respublikasının Keson şəhərində keçirilən 36-cı Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. 

AzEdu.az xəbər verir ki, 78 ölkənin iştirak etdiyi yarışda milli komandamız 1 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.

Olimpiadada Bakı şəhəri 274 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əhməd Əhmədli bürünc medala, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Məmmədemin Səlimli isə həvəsləndirici mükafata layiq görülüb.

Ruslar azərbaycanlı iş adamının obyektini dağıtdılar
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox