Azedu.az

Abşeronda gənclərə narkomaniyanın zərərli təsirləri barədə məlumat verilib

Xəbərlər

28 İyul 2025, 11:34
Abşeronda gənclərə narkomaniyanın zərərli təsirləri barədə məlumat verilib

Abşeron Rayon İcra Hakimiyyəti (RİH), Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu və “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi ilə birlikdə “Narkotik: yeni çağırış və təhlükələr” mövzusunda tədbir keçirilib.

Dövlət Komissiyasından AzEdu.az-a verilən məlumata görə, tədbirdə Abşeron RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun məsul əməkdaşı, Ağsaqqallar Şurasının sədri, rayon polis şöbəsinin əməkdaşları, həkim-narkoloq, digər aidiyyəti qurumların və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Mövzu ətrafında çıxış edənlər narkomaniyanın insan sağlamlığına və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlərin, profilaktik tədbirlərin əhəmiyyəti, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviqi və onların asudə vaxtının səmərəli təşkili məsələlərinə xüsusi diqqətin ayrılması barədə ətraflı məlumat veriblər. Tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox