Hədsiz dərəcədə güclü kədər hissi vaxtından əvvəl ölümə səbəb ola bilər.
AzEdu.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu barədə Danimarka alimlərinin araşdırmasında deyilir.
Nəşr bildirir ki, yaxınını itirdikdən sonra həddən artıq kədərlənən insanların növbəti on il ərzində vaxtından əvvəl ölüm riski iki dəfə daha çoxdur.
Belə insanlarda psixi sağlamlıq problemləri və hətta intihar halları da yüksəlir.