Azedu.az

Quba-Xaçmaz regionunda neçə müəllim çalışır? - RƏSMİ 

Xəbərlər

28 İyul 2025, 11:05
Quba-Xaçmaz regionunda neçə müəllim çalışır? - RƏSMİ 

Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır.

Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır. 

Bu dəfə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində fəalliyət göstərən rayonlar haqqında məlumat verəcəyik. Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonu fəaliyyət göstərir. 

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Quba rayonu üzrə 2479, Qusar rayonu üzrə 1800, Xaçmaz rayonu üzrə 2894, Siyəzən rayonu üzrə 737, Şabran rayonu üzrə isə 919 təhsilverən çalışır. 

Maraq doğuran daha bir məsələ ondan ibarətdir ki, hər regionda əhali sayına neçə müəllim düşür?

Quba rayonunda 171289 nəfər əhali yaşayır və hər 69 nəfərə 1 müəllim düşür. Qusarda isə 98097 nəfər əhali üçün bu göstərici hər 54 nəfərə 1, Xaçmazda 181176 nəfərlik əhali arasında hər 62 nəfərə 1, Siyəzəndə 42921 nəfər əhali üçün bu göstərici hər 58 nəfərə 1, Şabranda isə 60200 əhali üçün hər 65 nəfərə 1 müəllim düşür.

Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox