Azedu.az

Şirvan-Salyan bölgəsində işdən çıxarılan müəllimlərin SAYI

Xəbərlər

28 İyul 2025, 09:38
Şirvan-Salyan bölgəsində işdən çıxarılan müəllimlərin SAYI

Bu il ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə sertifikasiya prosesində ümumilikdə 22 383 müəllim iştirak edib.Prosesə kimya, biologiya, fizika, coğrafiya və informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunub.  

Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri sertifiksiyada iştirak ediblər. 

Ümumilikdə 7 318 müəllimin cari ildə keçirilən qiymətləndirmə prosesində uğursuz nəticə göstərərək əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmiş 7 318 müəllimin regionlar üzrə statistikası hər kəs üçün maraqlıdır. 

Xatırladaq ki, rəsmi açıqlamada ən uğursuz nəticə göstərən ünvan kimi Astara göstərimişdi.

AzEdu.az mövzu ilə bağlı regionlar arasında sorğu keçirib. 

Şirvan-Salyan Təhsil İdarəsindən bildirilib ki, bölgə üzrə ümumilikdə 98 müəllimin əmək müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, Şirvan-Salyan Təhsil İdarəsinin tabeliyində olan Salyanda 34, Şirvanda 14, Biləsuvarda 21, Hacıqabulda 9, Nefçalada isə 20 müəllim işdən sertifikasiyadan uğursuz nəticə əldə edərək müəllimlikdən azad olunublar.

Digər regionlardakı müvafiq göstəricilərlə bağlı nəticələr barədə də məlumatları diqqətə çatdıracağıq.

Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox