Azedu.az

Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

Xəbərlər

25 İyul 2025, 17:51
Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.

Bu barədə AzEdu.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.

Givi Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcək Azərbaycan–Gürcüstan Gənclər Forumunun əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında humanitar əlaqələrə toxunularaq, gənclər və təhsil sahələrində əməkdaşlığın nəticələrindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və elm və təhsil naziri Emin Əmrullayev görüşdə iştirak ediblər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox