2025-ci ilin ilk yarısında məktəb, kollec və universitetlərə qarşı ransomware (şifrələyici virus) hücumlarının sayı 23% artaraq 130 hadisəyə çatıb.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, hücumlar nəticəsində orta hesabla tələb olunan girov məbləği 556 min ABŞ dolları olub. Təhsil sektoru bu göstəriciyə görə biznes, dövlət və səhiyyə sahələrindən sonra ən çox hədəf seçilən sahələr sırasına daxil edilib. Mütəxəssislər bu artımın sektorda kiberdayanıqlılığın təkmilləşdirilməsinin vacibliyini göstərdiyini bildirirlər.