Dünya üzrə uşaqlar arasında piylənmə problemi getdikcə artmaqda davam edir. Səhiyyə ekspertləri qeyd edir ki, uşaqlarda obezlik, gələcəkdə bir çox sağlamlıq problemlərinin əsas səbəblərindən biri kimi önə çıxır.
AzEdu.az mövzu ilə bağlı araşdırma edib.
Məsələn, ABŞ-da uşaqlar arasında piylənmə səviyyəsi 20%-dən çoxdur ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Meksika, Avstraliya, Birləşmiş Krallıq və Yeni Zelandiyada bu rəqəm təxminən 15%-ə yaxınlaşır. Kanada, Latın Amerikası ölkələri, eləcə də Türkiyə kimi ölkələrdə uşaqlar arasında piylənmə səviyyəsi 10-15% arasında dəyişir.
Digər tərəfdən, Hindistan və Nigeriya kimi inkişaf etməkdə olan ölkələrdə uşaqlarda piylənmə nisbəti nisbətən aşağıdır, lakin şəhər mərkəzlərində artım müşahidə olunur. Avropa ölkələrində isə bu göstərici 8-12% arasında dəyişir.