Hindistanın Andhra Pradesh ştatında Təhsil Hüququ Qanunu (Right to Education Act – RTE) çərçivəsində yeni qərar qüvvəyə minib. Qərara əsasən, özəl məktəblərin qəbul etdiyi şagirdlərin 25%-i aztəminatlı ailələrdən olan uşaqlara ayrılacaq. Məqsəd, sosial bərabərliyi təmin etmək və hər bir uşağın keyfiyyətli təhsilə çıxışını artırmaqdır.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, yeniliyə əsasən, bu kvotaların tətbiqi tam şəffaf və nəzarətli şəkildə həyata keçiriləcək. Dövlət rəsmiləri bildiriblər ki, qəbul prosesi elektron sistem üzərindən izlənəcək və ailələr üçün əlavə ödəniş tələbi qoyulmayacaq.
Ekspertlər bu addımı Hindistanda təhsildə bərabərlik istiqamətində mühüm irəliləyiş hesab edirlər. Eyni zamanda, özəl təhsil sektorunun da sosial məsuliyyət daşıması təşviq olunur.