Azedu.az

Britaniyada 75 milyon funtluq yeni biznes məktəbi açılır

Xəbərlər

25 İyul 2025, 15:45
Britaniyada 75 milyon funtluq yeni biznes məktəbi açılır

Böyük Britaniyanın University of Derby ali təhsil sahəsində mühüm yeniliyə imza atır. Universitet 75 milyon funt sterlinq dəyərində sərmayə ilə yeni biznes məktəbi – Derby International Business School layihəsinə start verib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, yeni təhsil ocağı modern laboratoriyalar, yaradıcı zonalar, eləcə də şirkətlərlə əməkdaşlığa əsaslanan mərkəzlərlə təchiz ediləcək. Məqsəd – təhsilin praktikliyini artırmaq, tələbələri real biznes mühitinə uyğun bacarıqlarla yetişdirmək və qlobal əmək bazarına hazırlamaqdır.

Universitet rəhbərliyi bildirir ki, bu təşəbbüs həm yerli iqtisadiyyata töhfə verəcək, həm də gələcəyin innovativ liderlərini formalaşdıracaq. Yeni məktəbin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlaması planlaşdırılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox