Azedu.az

Professordan TƏKLİF: Fəxri adlara nəzarət gücləndirilsin

Xəbərlər

25 İyul 2025, 13:27
Professordan TƏKLİF: Fəxri adlara nəzarət gücləndirilsin

Son illər ali təhsil müəssisələrində “fəxri professor” adının verilməsi adi bir hadisəyə çevrilib. Əslində bu titul, universitetin tarixində xüsusi xidmətləri olmuş, elmin inkişafına töhfə vermiş şəxsiyyətlərə hörmət əlaməti olaraq təqdim edilə bilər. Lakin təəssüf ki, bəzi hallarda bu ad nə elmi fəaliyyətə, nə də ali təhsilə töhfə ilə bağlıdır.

Bu fikri AzEdu.az-a açıqlamasında açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Professorun sözlərinə görə, bəzi universitetlər üçün bu ad simvolik hədiyyəyə çevrilib: "Heç bir akademik fəaliyyəti olmayan şəxslərə təqdim olunur. Bu isə akademik etikaya və universitet adının nüfuzuna zərbədir.

“Fəxri professor" olmaq, fəxrlə daşıması gərəkən bir titul olduğu halda, ucuzlaşdırılıb. Universitetdə bir saat belə dərs demədən, bir məqalə belə yazmadan necə “Fəxri professor” olmaq olar?!! Universitetlər bu titulu haqqı olmayan şəxslərə təqdim etməklə öz elmi nüfuzlarına ziyan vururlar.

Bu məsələdə iki ciddi problem var:Meyarların olmaması: Fəxri professor adına layiq görülmək üçün heç bir rəsmi və şəffaf meyar yoxdur.İctimai hesabatlılığın olmaması: Verilən adlarla bağlı nə ictimai əsaslandırma, nə də hesabat təqdim olunur. Cəmiyyət bilməlidir ki, bu ad kimə, nə üçün verilib.

Nə etməli? Elm və Təhsil Nazirliyi bu sahədə də vahid normativ sənəd və tövsiyə xarakterli təlimat hazırlamalıdır. Hər universitet “fəxri professor” adını yalnız Elm və Təhsil Nazirliyindən razılışdarmaqla elmi, pedaqoji, ictimai fəaliyyətə görə və əsaslandırılmış təqdimatla verməlidir. Verilən hər bir ad ictimaiyyətə aydın sənədlərlə açıqlanmalı, şəffaflıq təmin olunmalıdır.Universitetlər yalnız diplom və titul verən yox, qiymət verən, dəyərləndirən və nümunə göstərən elmi müəssisələr olmalıdır".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox