Azedu.az

Komandamız Avropa Universitetləri Futzal Çempionatının final mərhələsinə yüksəlib

Xəbərlər

25 İyul 2025, 09:40
Komandamız Avropa Universitetləri Futzal Çempionatının final mərhələsinə yüksəlib

17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir. 
 
AzEdu.az xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının  2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.  

Komandamız yarımfinal mərhələsində güclü İspaniya komandasını 5:1 hesabı ilə məğlub edərək final mərhələsinə yüksəlib. 

Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox