Hindistanın Madhya Pradesh regionunda məktəblərdə şagirdlərə süni intellekt, data elmi və biotexnologiya sahələrini əhatə edən yeni kurslar təqdim olunub. Bu təşəbbüs gənclərin gələcək əmək bazarına daha hazırlıqlı daxil olmasını təmin etmək məqsədi daşıyır.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, eyni zamanda Keniyada da oxşar yanaşma tətbiq edilir. Məktəblər regionun iqtisadi və sənaye ehtiyaclarına uyğunlaşdırılmış kurslar vasitəsilə şagirdləri yerli əmək bazarının tələblərinə cavab verəcək bilik və bacarıqlarla təchiz etməyə başlayıb.
Hər iki ölkədə məqsəd, gəncləri yalnız ənənəvi tədrislə deyil, həm də texnoloji və praktiki biliklərlə silahlandıraraq rəqəmsal dövrə uyğun karyera bacarıqları formalaşdırmaqdır.