Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.
Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, bu gün 2025-ci il saat 11:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.
Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə vəASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.