Qapalı tipli xüsusi təhsil müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində sağlamlıq imkanları məhdud şəxslərin təhsili xüsusi qaydalarla tənzimlənir. Bu sahədə hüquqi və pedaqoji mexanizmlər qanunvericilik çərçivəsində həyata keçirilir.
Qapalı tipli xüsusi təhsil müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində xüsusi təhsil necə tənzimlənir?
AzEdu.az-ın əldə etdiyi məlumata görə, tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan, 11 yaşından 14 yaşınadək sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri yaradılır.
Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınmaqla və qanunvericiliklə müəyyən olunmuş qaydada göndərilirlər. Azadlıqdan məhrumetmə yerlərində isə sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsili psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi və qanunvericilikdə müəyyən edilmiş şərtlərə uyğun olaraq təşkil olunur.
Bu zaman ictimai-təhlükəli əməl törətmiş şəxslərin xüsusi təhsil hüquqları nəzərə alınır.