Azedu.az

Növbəti üç günün havası ilə bağlı xəbərdarlıq! - Leysan olacaq

Xəbərlər

23 İyul 2025, 20:33
Növbəti üç günün havası ilə bağlı xəbərdarlıq! - Leysan olacaq

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox