Almaniya məktəblərində müəllim çatışmazlığı yaxın on il ərzində də ciddi problem olaraq qalacaq. The Munich Eye tərəfindən yayımlanan yeni proqnoza əsasən, ölkədə pedaqoji kadr çatışmazlığı 17 374 müəllimlə başlayıb və bu vəziyyət 2033-cü ilə qədər davam edəcək.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, xüsusilə orta məktəblər və peşə liseyləri bu çatışmazlıqdan daha çox təsirlənir. Bu səbəbdən Təhsil Nazirləri Konfransı (KMK) problemi aradan qaldırmaq üçün lateral giriş (yəni təhsildənkənar sahələrdən müəllim cəlbi) metodlarını genişləndirmək və alternativ təhsil yolları yaratmaq strategiyası üzərində işləyir.