Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır. Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır.
Bu dəfə Lənkaran-Astara Regional Təhsil İdarəsinin nəzdində fəalliyət göstərən rayonlar haqqında məlumat verəcəyik. Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Astara, Masallı,Lerik, Yardımlı və Lənkaran, Cəlilabad rayonu fəaliyyət göstərir.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Astara rayonu üzrə 1347, Masallı rayonu üzrə 1902, Lerik rayonu üzrə 826, Yardımlı rayonu üzrə 729, Lənkəran rayonu üzrə 2507, Cəlilabad rayonu üzrə isə 2233 təhsilverən çalışır.
Maraq doğuran daha bir məsələ ondan ibarətdir ki, hər regionda əhali sayına neçə müəllim düşür?
Astara rayonunda 111291 nəfər əhali yaşayır və hər 82 nəfərə 1 müəllim düşür. Masallıda isə 229500 nəfər əhali üçün bu göstərici hər 120 nəfərə 1, Lerikdə 86585 nəfərlik əhali arasında hər 104 nəfərə1, Yardımlıda 69446 nəfərlik əhali arasında hər 95 nəfərə 1, Lənkaran rayonunda 231573 nəfər əhali üçün bu göstərici hər 92 nəfərə 1, Cəlilabadda isə 223177 əhali üçün hər 99 nəfərə 1 müəllim düşür.