Azedu.az

Çimərlikdə gün vuran yeniyetmə ölüb

Xəbərlər

23 İyul 2025, 12:12
Çimərlikdə gün vuran yeniyetmə ölüb

Sumqayıt şəhərində yerləşən çimərlikdə ölüm hadisəsi baş verib.

AzEdu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iyulun 21-də saat 16 radələrində Sumqayıt şəhərinin ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.

Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.

Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşibmiş.

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox