Dünyanın müxtəlif ölkələrində valideynlər, xüsusilə analar, uşaqlarını günəşin zərərli şüalarından qorumaq üçün fərqli üsullardan istifadə edirlər. Yeni araşdırmalar göstərir ki, valideynlərin tətbiq etdiyi qorunma metodları regionlara görə dəyişir, lakin məqsəd eynidir uşaqların sağlamlığını təmin etmək.
AzEdu.az mövzu ilə bağlı araşdırma aparıb.
Avropa, ABŞ, Avstraliya kimi ölkələrdə valideynlər uşaqlarına yüksək SPF faktorlu günəş kremləri çəkir, geniş kənarlı papaq və günəş eynəyi taxdırırlar. Bu ölkələrdə uşaqların günorta saatlarında açıq havada kölgədə olmasına da xüsusi diqqət yetirilir.
Asiya və Yaxın Şərq ölkələrində isə valideynlər daha çox qoruyucu geyimlərdən istifadə edir, uzunqol paltarlar və geniş papaqlar uşaqların dərisini günəşdən qorumaqda əsas vasitə sayılır. İranda və bəzi müsəlman ölkələrdə kremlərin istifadəsi nisbətən azdır, lakin qoruyucu geyim üstünlük təşkil edir.
Yeni Zelandiya və Finlandiyada valideynlər uşaqlarına gün ərzində bir neçə dəfə günəş kremi çəkməyi unutmayaraq, “no hat no play” (papaqsız oynama) kimi qaydalara ciddi riayət edirlər.
Uşaqların günəşdən qorunması üçün ən yaxşı nəticə müxtəlif metodların birləşdirilməsi ilə əldə edilir. Günorta saatlarında kölgədə olmaq, UPF50+ qoruyucu geyimlərdən istifadə, mütəmadi günəş kremi tətbiqi və günəş eynəyi taxmaq uşaqların dərisini günəşin zərərli təsirlərindən effektiv şəkildə müdafiə edir.