Azedu.az

Dünyada ən uzun dərs saatına sahib ölkələr- ARAŞDIRMA

Xəbərlər

23 İyul 2025, 09:40
Dünyada ən uzun dərs saatına sahib ölkələr- ARAŞDIRMA

Dünyanın müxtəlif ölkələrində təhsil sistemlərinə dair aparılan son araşdırmalar maraqlı nəticələr ortaya qoyub. Məlum olub ki, bəzi ölkələrdə məktəblilər gündəlik dərs saatlarına görə rekord həddə qədər yüklənirlər. Ən uzun dərs günlərinə isə əsasən Asiya ölkələri sahibdir.

AzEdu.az mövzu ilə bağlı araşdırma aparıb. 

Araşdırmalara görə, Tailand təxminən gündə 9 saat 30 dəqiqəlik dərs vaxtı ilə siyahıya başçılıq edir. Ölkədə təhsildə akademik disiplinə və davamlılığa yüksək önəm verilir.

Dərs müddəti uzun olan digər ölkələr arasında Kamboca da yer alır. Bu ölkədə orta məktəb şagirdləri gündəlik 8 saat 45 dəqiqə dərs keçirlər.

Bangladeş, MyanmaTayvan isə oxşar nəticələrlə fərqlənir. Hər üç ölkədə gündəlik dərs müddəti 8 saat 30 dəqiqə olaraq qeydə alınıb.

Cənubi Amerika ölkəsi olan Çili də bu sıraya daxildir. Burada şagirdlər orta hesabla 8 saat 20 dəqiqə dərsdə iştirak edirlər.

Ən diqqətçəkən ölkələrdən biri isə Cənubi Koreyadır. Rəsmi statistikaya əsasən, burada məktəblərdə dərslər 8 saat davam edir. Lakin şagirdlər günün ikinci yarısında “hakwon” adlandırılan hazırlıq mərkəzlərinə davam etdikləri üçün ümumi dərs yükləri 12–13 saata qədər yüksəlir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox