Artıq abituriyentlərin ixtisas seçiminə çox az vaxt qalıb. Hər il təkrarlandığı kimi, bu il də bəzi valideynlər öz gerçəkləşdirə bilmədikləri arzularını övladlarının reallaşdırmasını istəyirlər. Məsələn: “Mən müəllim ola bilmədim, sən ol”, “Mən mühəndis ola bilmədim, heç olmasa səni mühəndis kimi görüm” kimi fikirlər hələ də tez-tez səslənir.
İxtisas seçimi ərəfəsində valideynlər psixoloq və ya peşə üzrə məsləhətçi ilə məsləhətləşməlidirmi?
AzEdu.az mövzu ilə bağlı psixoloq Aydan Məmmdova ilə həmsöhbət olub.
Onun sözlərinə görə ixtisas seçimində isə o ixtisasın sizin üçün nə qədər perspektivli olmasına baxmaq lazımdır bu peşə sizə necə hiss etdirəcək, özünüzü o ixtisas sahibi bir mütəxəssis olaraq görə bilirsinizmi və digər məsələlər
"Təbii ki, doğru yanaşma etmir bəzi valideynlər. Əslində burada bir reallığı gözdən qaçırırıq. Bəzi valideynlər ümumiyyətlə övladına (abituriyentə) seçim şansı vermir və ya fikirlərini öyrənmir, dinləmir. Cavabdeh valideyn olaraq özlərində görürlər.Bəzi valideynlər isə, seçimi abituriyentə versə də, qərar verməkdə çətinlik çəkir. Hansı ixtisası seçəcəyini bilmir. Bu zaman da, artıq valideyn addım atmalı olur.
Bəli, qeyd etdiyiniz kimi, valideynlər uşaqların seçimlərində, ən əsası gələcəklə bağlı seçimlərində həddindən artıq müdaxilə edirlər. Yanlışdır, lakin onlar da öz övladlarının gələcəkdə rahat həyat tərzi yaşamasını, maddi cəhətdən daha rahat olmağı, öz yaşamaq istədikləri həyatı görmək və s. düşünürlər. Təbii ki, bu halda övladlarının yaxşılığı üçündür, amma bundan ziyadə abituriyentlərin də fikirləri öyrənilməlidir.
Müsahibimiz qeyd edib ki, burada əlavə olaraq bunu da qeyd etmək istəyirəm ki, ixtisas seçimi zamanı sosial şəbəkədə araşdırma aparırlar və bu zaman da yanlış məlumatlar əldə edə bilirlər. Çox zaman bunu abituriyentlər edir: "Məlumatın da tələbələr tərəfindən qeyd edilməsi fikir qarışıqlığına gətirib çıxarır. Təhsil müddətində istənilən universitetdə çətinliklər olur, amma bu hər tələbəyə eyni dərəcədə təsir etmir.
Universitet, ixtisas seçimində abituriyentlərə tövsiyəm: o seçim sizə nə qazandıracaq ən əsası budur. Bu dönəmdə məsul şəxslərdən məsləhət almaq (psixoloq və peşə məsləhətçisi) daha doğru seçim etmənizə köməklik edəcək. Universitet seçimində daha çox onun sisteminə diqqət etmək lazımdır və xarici görünüş deyil, təhsilinin keyfiyyətinə diqqət edilməlidir. İxtisas seçimində isə o ixtisasın sizin üçün nə qədər perspektivli olmasına baxmaq lazımdır bu peşə sizə necə hiss etdirəcək, özünüzü o ixtisas sahibi bir mütəxəssis olaraq görə bilirsinizmi və digər məsələlər".
Bu dönəmdə özünüzə qarşı inamsız ola bilərsiniz, “bacarmayacam” düşüncəsi gələ bilər, “nəyi necə edəcəm?” kimi suallar yarana bilər
"Və hər zaman qeyd etdiyim kimi bu seçimi yanlış etsəniz də, istəmədiyiniz sahə olsa da, balınız çatmasa da, ödənişli və ya ödənişsiz fərq etməz. İstənilən halda o diplomu əldə edib, artıq nə istədiyinizi dərk etdiyiniz zaman, daha doğru şəkildə də həyatınıza istiqamət verə bilərsiniz.
Bu dönəmdə özünüzə qarşı inamsız ola bilərsiniz, “bacarmayacam” düşüncəsi gələ bilər, “nəyi necə edəcəm?” kimi suallar yarana bilər. Bunların hər birini kənara qoyub, idarəetməni öz əlinizə alın! Kənardan gələn məsləhət deyil, öz sərbəst fikrinizin formalaşmasına icazə verin. Çətinlik yaşaya bilərsiniz bu zaman da qeyd etdiyim kimi psixoloq və ya peşə məsləhətçisinə müraciət edə bilərsiniz. Mütəxəssis olmasından əlavə, onlar da tələbəlik dövrünü keçiblər, ən əsası sizin yaşadığınız hazırkı durumu onlar da yaşayıb. Bilikdən əlavə, təcrübəli şəxs olaraq da sizin yanınızdadırlar. Özünüzə olan inamınız azalmasın bunu bacarmısınızsa, digər mərhələləri də son anına kimi bacaracaqsınız".