Azedu.az

Günəş şüaları faydalıdır, amma... – Yay mövsümündə uşaqlar necə qorunmalıdır?

Xəbərlər

22 İyul 2025, 15:29
Günəş şüaları faydalıdır, amma... – Yay mövsümündə uşaqlar necə qorunmalıdır?

Artıq bir neçə gündür ki, ölkə daxilində havalar olduqca isti keçir. Bu səbəbdən bir çox valideyn övladlarını çölə buraxmaq istəmir, onları günəşin zərərli təsirlərindən qorumağa çalışır. Digər tərəfdən, köhnə nəsil arasında belə bir düşüncə mövcuddur: “Uşaqlar müəyyən vaxt ərzində günəş şüası qəbul etməlidirlər, bu, onların sağlamlığı üçün xeyirlidir.”

Valideynlər övladlarını günəşin zərərli təsirlərindən necə qorumalıdırlar?

AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova açıqlama verib. 

164777

Onun sözlərinə görə köhnə nəsilin bu fikri müəyyən qədər doğrudur: uşaqların gün ərzində müəyyən müddət günəş şüaları qəbul etməsi sağlamlıq baxımından faydalıdır


"Yay aylarında günəş şüalarının təsiri artır və bu, uşaqlar üçün müəyyən risklər yarada bilər. Lakin bu risklərə görə uşaqları tamamilə günəşdən və açıq havadan məhrum etmək düzgün deyil. Diqqət etməli olduğumuz məqam isə budur ki, səhər saat 10:00-dan axşam 16:00-a qədər uşaqlar birbaşa günəş şüalarına məruz qalmamalıdırlar.

Əgər bu saatlar arasında uşağın günəş altında qalması qaçınılmazdırsa, qoruyucu tədbirlər mütləq tətbiq olunmalıdır. Buraya baş örtüyü, papaq, günəş eynəyi, açıq rəngli və bədənə uyğun geyimlər, eləcə də SPF tərkibli günəş kremləri daxildir.  Səhər saat 10-dan əvvəl və axşam 16:00-dan sonra uşaqlar günəş altında oyun oynaya, gəzə və vaxt keçirə bilərlər. Gündəlik olaraq səhər 2 saat və axşam 2 saat olmaqla açıq havada vaxt keçirmək uşaqlar üçün həm fiziki, həm psixoloji, həm də sosial inkişaf baxımından olduqca vacibdir.

Köhnə nəsilin bu fikri müəyyən qədər doğrudur: uşaqların gün ərzində müəyyən müddət günəş şüaları qəbul etməsi sağlamlıq baxımından faydalıdır. Ancaq günəşin zərərli təsirləri də var. Bunlardan qorunmaq üçün isə qeyd etdiyim ki, aş örtüyü, papaq, günəş eynəyi, açıq rəngli və bədənə uyğun geyimlər, eləcə də SPF tərkibli günəş kremləri daxildir. Eləcə də SPF tərkibli günəş kremləri daxildir. Bu kremlərin tərkibində UVA və UVB şüalarına qarşı qoruyucu maddələrin olması vacibdir".

Kremlərin tətbiq qaydaları da önəmlidir belə ki,  günəşə çıxmazdan 20 dəqiqə əvvəl bədənə çəkilməli, hər 2 saatdan bir yenilənməli və uşaq suya girirsə və ya tərləyirsə, daha tez-tez yenilənməsi tövsiyə olunur

"Bundan başqa, bədənin susuz qalmaması, yəni uşaqların kifayət qədər maye qəbul etməsi də istidən və gün vurmadan qorunmaq üçün əsas şərtlərdəndir.  Bu tədbirlər düzgün şəkildə yerinə yetirildikdə, uşaqların günəş altında vaxt keçirməsində heç bir problem yoxdur". 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox