Azedu.az

Nazir müavini Azərbaycan Üzgüçülük Federasiyasının konfransında iştirak edib

Xəbərlər

22 İyul 2025, 14:47
Nazir müavini Azərbaycan Üzgüçülük Federasiyasının konfransında iştirak edib

İyulun 22-də Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) strategiyası və yenilikləri ilə bağlı konfrans keçirilib.

AzEdu.az xəbər verir ki, Federasiyanın prezidenti Zaur Əliyev qurumun strategiyası ilə bağlı ümumi məlumat verib, üzgüçülük idman növündə kütləviliyin artırılması üçün yeni layihələrin həyata keçiriləcəyini bildirib. Zaur Əliyev məktəblilər arasında üzmə bacarıqlarının artırılması məqsədilə layihələr həyata keçirildiyini qeyd edib.  

Gənclər və idman naziri Fərid Qayıbov ASF-nin 6 ay ərzində gördüyü işlərdən danışıb, üzgüçülüklə məşğul olanların sayının ötən illərə nisbətən iki dəfə artdığını vurğulayıb. Eyni zamanda  bu  idman növünün Azərbaycanda inkişaf edəcəyinə inandığını söyləyib. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov üzgüçülüyün həyati bacarıq kimi təbliğ edilməsi məqsədilə ASF və Elm və Təhsil Nazirliyinin məktəblər üçün tədris materiallarının hazırlanması və mərhələli şəkildə məktəb proqramına inteqrasiya ediləcəyi barədə danışıb. Nazir müavini Bakı və regionlarındakı universitetlərdə üzgüçülük idman növü ilə bağlı pilot layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Firudin Qurbanov həmçinin üzgüçülüyün dünyada ən populyar, insan sağlamlığına müsbət təsir göstərən idman növü olduğundan, kütləviliyi təmin etmək məqsədilə məktəblərdə hovuzların tikilməsinin vacibliyindən bəhs edib.

Federasiyanın baş katibi Oqtay Atayev ASF-nin strateji məqsəd və prioritetlərini təqdim edib. 

Strategiya və yeniliklərin təqdimatından sonra ASF-nin yeni məsləhətçisi Pyer Ləfonten ictimaiyyətə təqdim olunub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox