2024–2025-ci tədris ili üzrə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin məzunları arasında fərqlənən şagirdlər bəlli olub. Ümumilikdə 11 nəfər yüksək göstəricilərinə görə qızıl və gümüş nişanla təltif olunub.
AzEdu.az-ın əldə etdiyi məlumata görə qızıl nişana layiq görülən məzunlar arasında Sona Bəkirli, Ziya Məmmədli, Nabil Məmmədli, Cəbrayıl Cəbrayılov, Ülvi Məmmədov, Osman Həsənli, Vüsal Abdullayev, Dəyişət Daşqın və Humay Ağayeva yer alır. Günel Qasımova isə gümüş nişanla təltif olunub.