Azedu.az

Dərs saatı ən az olan ölkələr - ARAŞDIRMA

Xəbərlər

22 İyul 2025, 10:22
Dərs saatı ən az olan ölkələr - ARAŞDIRMA

Dünya üzrə təhsil sistemlərinin müqayisəli təhlilinə əsasən, dərs müddəti ən az olan ölkələrin siyahısı açıqlanıb. Siyahıda əsasən Skandinaviya və Avropa ölkələri ön plandadır. Təhsildə keyfiyyət və şagird rifahı prinsiplərinə əsaslanan bu ölkələrdə dərs saatlarının az olmasına baxmayaraq, nəticələr beynəlxalq qiymətləndirmələrdə yüksəkdir.

Belə ki, AzEdu.az mövzu ilə bağlı araşdırma aparıb.

Finlandiya, gündəlik orta hesabla 4,5–5 saat dərs keçməklə, illik tədris saatı 700-dən aşağı olan nadir ölkələrdəndir. Bu ölkədə tədris balanslı və fərdiləşdirilmiş şəkildə qurulur.

Danimarka və İsveç də oxşar təhsil modellərinə malikdir. Hər iki ölkədə dərs saatı orta hesabla gündəlik 5 saata yaxındır. İllik dərs yükü isə OECD ortalamasından aşağıdır.

Norveç və Almaniyada isə dərslər günün ilk yarısında yekunlaşır və ev tapşırıqları ilə davam edir. Gündəlik 4,5–5 saatlıq dərs yükü ilə bu ölkələrdə məktəbdənkənar fəaliyyətlərə geniş yer verilir.

Araşdırmalara görə, Macarıstan və Yaponiya da nisbətən az dərs saatı ilə fərqlənirlər. Xüsusilə Yaponiya gündəlik dərs saatını 5 saata qədər məhdudlaşdırsa da, uzun tədris ili ilə bu balansı təmin edir.

Təhsil mütəxəssisləri bildirirlər ki, dərs saatının az olması təhsilin zəif olduğu anlamına gəlmir. Əksinə, keyfiyyətli kurikulum, peşəkar müəllim heyəti və güclü psixoloji dəstək sistemləri nəticələrin uğurlu olmasında əsas rol oynayır.

Qeyd edək ki, Azərbaycanda dərs müddəti ibtidai siniflərdə gündəlik 4–5 saat, yuxarı siniflərdə isə 6–7 saata qədər davam edir. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox