Azedu.az

Göygöldə restoranda iki yeniyetmə döyülüb

Xəbərlər

22 İyul 2025, 09:06
Göygöldə restoranda iki yeniyetmə döyülüb

Göygöl rayonunun Aşıqlı kəndində yerləşən restoranlardan birində iki yeniyetmə döyülüb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü R.Mustafayev və İ.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlara dərhal tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox