Azedu.az

"Baby Grok"- Elon Musk-dan təhsil üçün yeni süni intellekt

Xəbərlər

21 İyul 2025, 16:14
"Baby Grok"- Elon Musk-dan təhsil üçün yeni süni intellekt

Elon Musk-un sahibi olduğu x platforması tərəfindən təqdim edilən “Baby Grok” adlı yeni süni intellekt modeli, uşaqlar və gənc istifadəçilər üçün təhlükəsiz və təhsil yönümlü versiya olaraq hazırlanıb.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, mövcud Grok AI modelinin daha sərt və bəzən qeyri-müvafiq cavabları ilə bağlı tənqidlərdən sonra, "Baby Grok" versiyası daha çox məktəb yaşlı uşaqlar və yeniyetmələrin istifadəsinə uyğunlaşdırılmış formadadır. Layihə müəllifləri bildirirlər ki, bu versiya tədris prosesində yardımçı alət kimi istifadə oluna bilər.

Təhsil sahəsində çalışan mütəxəssislər isə hələ ki ehtiyatlıdır. Onlar bildirirlər ki, bu texnologiyanın məktəb mühitinə inteqrasiyası nəzarət mexanizmləri və etik standartlar olmadan riskli ola bilər.

Hazırda "Baby Grok"-un təhsil tətbiqləri, valideyn nəzarəti mexanizmləri və kontent filtrləri kimi detalları test mərhələsindədir. Əsas sual isə hələ açıq qalır: Bu yeni model, əvvəlki Grok-un yaratdığı mübahisələri aradan qaldıra biləcəkmi?

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox