Azedu.az

Qəzzada 650 minə yaxın şagird təhsildən məhrum olub

Xəbərlər

21 İyul 2025, 14:31
Qəzzada 650 minə yaxın şagird təhsildən məhrum olub

İsrailin Qəzzaya qarşı davam edən hərbi əməliyyatları nəticəsində bölgədə təhsil sahəsində ciddi böhran yaşanır. The Guardian və The Independent nəşrlərinin yaydığı məlumata görə, hazırda 650 000-dən çox şagird təhsildən tamamilə məhrum vəziyyətdədir.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bölgədə onlarla məktəb ya dağıdılıb, ya da təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırıb. Humanitar təşkilatlar vəziyyətin kritik olduğunu bildirir və beynəlxalq ictimaiyyəti təhsil infrastrukturunun qorunmasına çağırır.

BMT-nin Uşaq Fondu – UNICEF də məsələ ilə bağlı açıqlama yayaraq Qəzzadakı uşaqların həm fiziki, həm də təhsil baxımından təhlükəli şəraitdə olduğunu bildirib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox