Azedu.az

Novxanıda dənizdə batan məktəblilərin meyitləri tapılıb - YENİLƏNİB

Xəbərlər

20 İyul 2025, 16:05
Novxanıda dənizdə batan məktəblilərin meyitləri tapılıb - YENİLƏNİB

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin meyitləri tapılıb.

AzEdu.az Report-a istinadən verir ki, meyitlər onların ailələrinə təhvil verilib.

Həyatını itirən şəxslərin hər ikisi 16 yaşında olub.

Bildirilir ki, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə yola salındığı üçün onlar bu münasibətlə dəniz kənarında kiçik məclis təşkil edib. Gecə saat 04:00 radələrində iki yeniyetmə dənizə girib. Ardınca onlar yoxa çıxıb. Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti yaxınlıqda yerləşən “Gilavar” restoranının yaxınlığından tapılıb.

Faktla bağlı araşdırma aparılır.

 

14:03

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.

AzEdu.az Report-a istinadən xəbər verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Tacir Azad oğlu Kosayev və Aqil Nahid oğlu Novruzovdur.

Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox