Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı fəaliyyətini artıq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) adı ilə davam etdirəcək.
AzEdu.az xəbər verir ki, bu barədə ETİHİ-dən bildirilib.
Qeyd olunub ki, bu dəyişiklik elm sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, laboratoriyaların və elm yönümlü ali təhsil qurumlarının əməkdaşlarının təşkilatın fəal üzvləri olması faktını rəsmi və təşkilati baxımdan daha dəqiq ifadə etmək məqsədi daşıyır.