Azedu.az

D vitamini ilə əlaqəli yeni gen kəşf edilib

Xəbərlər

19 İyul 2025, 09:07
D vitamini ilə əlaqəli yeni gen kəşf edilib

D vitamini təkcə həyati əhəmiyyətə malik bir qida maddəsi deyil, həm də orqanizmdə sümüklərin sağlamlığını, immun cavabı və hüceyrə böyüməsini tənzimləyən kalsitriol hormonunun əsas xəbərçisidir. Son elmi araşdırmalar bu mühüm hormonun bədən tərəfindən effektiv şəkildə istifadəsində iştirak edən yeni bir genin “SDR42E1”in rolunu ortaya çıxarıb.

AzEdu.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, bu araşdırma ilk dəfə olaraq “Frontiers in Endocrinology” jurnalında dərc olunub.

Qətərdəki Hamad Bin Khalifa Universitetinin professoru, Sağlamlıq və Həyat Elmləri Kollecinin tədqiqat üzrə dekan müavini dr. Georges Nemer və komandası, “SDR42E1” geninin D vitamininin bağırsaqlardan udulmasında və onun sonra aktiv formaya çevrilməsində mühüm rol oynadığını sübut ediblər. Tədqiqatın nəticələri dəqiq tibbdə, o cümlədən xərçəngin fərdi müalicə strategiyalarında yeni yanaşmaların inkişafına təkan verə bilər. Əvvəlki genetik araşdırmalardan ilhamlanan tədqiqatçılar 16-cı xromosomda yerləşən “SDR42E1” genində D vitamini çatışmazlığı ilə əlaqəli spesifik bir mutasiya aşkar ediblər. Bu mutasiya zülalın funksional olmamasına səbəb olur. Araşdırmada kolorektal xərçəngə məxsus HCT116 hüceyrə xətti istifadə olunaraq, CRISPR/Cas9 texnologiyası ilə “SDR42E1” geninin aktiv forması qeyri-aktiv hala gətirilib. Nəticədə xərçəng hüceyrələrinin canlılığı 53 faiz azalıb, və bu genin aşağı axın siqnal yolaklarında 4600-dən çox genin ifadəsinə təsir etdiyi müəyyənləşdiriblər. Bu genlərin əksəriyyəti xərçənglə əlaqəli hüceyrə siqnalında, eləcə də xolesterol və digər lipidlərin udulması və metabolizmasında iştirak edir. Bu da “SDR42E1” geninin kalsitriol sintezində və hüceyrəvi homeostazda mərkəzi rol oynadığını göstərir. İordaniyada yerləşən Yaxın Şərq Universitetinin professoru və araşdırmanın birinci müəllifi Dr. Nagham Nafiz Hendi bu kəşfin dəqiq onkologiya sahəsində yeni terapevtik imkanlar təqdim etdiyini bildirib. Bununla belə, klinik istifadəyə keçid üçün əhatəli təcrübələr və uzunmüddətli təsdiqlər tələb olunur. Eyni zamanda, tədqiqatçılar qeyd edirlər ki, “SDR42E1”in yalnız inhibə edilməsi deyil, həm də müəyyən toxumalarda ifadəsinin stimulyasiyası yeni yanaşmaların inkişafına imkan yarada bilər. Genin aktivləşdirilməsi yolu ilə kalsitriolun müsbət fizioloji təsirlərindən daha geniş şəkildə faydalanmaq mümkün ola bilər. Dr. Nemer əlavə edir: “SDR42E1” genini D vitamini metabolizmasında iştirak etdiyi üçün, xərçəng, böyrək xəstəlikləri, otoimmün və metabolik pozğunluqlar kimi D vitamininin tənzimləyici rol oynadığı bir çox xəstəliklərin hədəf müalicəsində nəzərdən keçirə bilərik”. Lakin alimlər genin uzunmüddətli tənzimlənməsinin orqanizmdə D vitamini balansına təsirinin hələ tam başa düşülmədiyini vurğulayırlar və bu səbəbdən genişmiqyaslı klinik tətbiqlərə keçid zamanı ehtiyatlı yanaşma vacib hesab olunur.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox