İyulun 18-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Gədəbəydə 6, Göygöl, Qusar, Daşkəsən, Ağstafa, Naftalan və Goranboyda 2 mm-dək qeydə alınıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 28, Naxçıvan MR-da isə 41° dərəcəyədək isti qeydə alınıb.