Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır. Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır.
Bu dəfə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin nəzdində fəalliyət göstərən rayonlar haqqında məlumat verəcəyik. Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonu fəaliyyət göstərir.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Ağsu rayonu üzrə 1766, Şamaxı rayonu üzrə 2563, İsmayıllı rayonu üzrə 2396, Qobustan rayonu üzrə isə 1021 təhsilverən çalışır.
Maraq doğuran daha bir məsələ ondan ibarətdir ki, hər regionda əhali sayına neçə müəllim düşür?
Ağsu rayonunda 79232 nəfər əhali yaşayır və hər 44 nəfərə 1 müəllim düşür. Şamaxıda isə 106500 nəfər əhali üçün bu göstərici hər 41 nəfərə 1, İsmayıllıda 88225 nəfərlik əhali arasında hər 36 nəfərə 1, Qobustanda isə 46871 əhali üçün hər 45 nəfərə 1 müəllim düşür.